Bloq

Ana səhifə / Bloq / Köp və həzm problemləri

Köp və həzm problemləri

14 Mart 2025
Köp və həzm problemləri

Köp və həzm problemləri - səbəbləri

Həzm sistemi sağlamlığı ümumi rifahımız üçün olduqca vacibdir. Amma müasir həyat tərzi, qeyri-sağlam qidalanma və stress kimi amillər mədə-bağırsaq sistemində köp və həzm problemlərinə səbəb ola bilər.

Köp və həzm problemlərinin əsas səbəbləri:

  1. Qidalanma vərdişləri:

    Yağlı, qızardılmış və qazlı içkilər həzm sistemində qaz yığılmasına səbəb olur. Sürətli yemək yemək və kifayət qədər çeynəməmək də qeyri-sağlam vərdişlərdir.
  2. Bağırsaq mikroflorasının pozulması:

    - Antibiotiklərin uzun müddət istifadəsi
    - Probiotik və prebiotik qida çatışmazlığı bu problemi yaradır.

    3. Stres və psixoloji faktorlar - Stres bağırsaq hərəkətlərinə təsir edir və həzm prosesini ləngidir.

    4. Həzm fermentlərinin çatışmazlığı - Mədə şirəsi və fermentlərin az ifrazı qidanın tam həzm olunmasına mane olur.

    5. Qida allergiyaları - Laktoza və qlüten intoleransı kimi problemlər həzm sistemində köpə səbəb ola bilər.
     

Köp və həzm problemlərinin qarşısını necə almaq olar?

Yavaş və yaxşı çeynəyərək yemək ilkin addımdır. Müalicə də zəruridir.

Əgər köp və həzm problemləri uzun müddət davam edirsə və ya ağrılıdırsa, mütləq mədə-bağırsaq həkiminə müraciət etməlisiniz. Mütəxəssis sizə dəqiq diaqnoz qoyacaq və uyğun müalicə planı təyin edəcək.