Mədə-bağırsaq sisteminin endoskopik müayinəsi – qida borusu, mədə, onikibarmaq bağırsaq və yoğun bağırsağın xüsusi optik cihaz (endoskop) vasitəsilə görüntülənməsidir. Bu prosedur həzm sistemi xəstəliklərinin diaqnostikasında ən effektiv üsullardan biridir.
Endoskopik müayinə üçün göstərişlər:
- Qastroenteroloji şikayətləri olan və olmayan hər kəs üçün profilaktik məqsədlə tövsiyə edilir.
- Xərçəngönü və digər ciddi xəstəliklərin erkən diaqnostikası üçün aparılır.